Aprel döyüşlərinin qəhrəmanı
Sosial həyat

Aprel döyüşlərinin qəhrəmanı

İkinci Qarabağ müharibəsinin Zəfər carçısı olan Aprel döyüşlərindən 7 il keçir.  2016- il aprelin 1-dən 2- keçən gecə qarşı tərəfin təhriki ilə Azərbaycan Ermənistan qoşunlarının təmas xətti boyunca baş verən döyüşlər ordumuzun strateji yüksəklikləri ələ keçirməsi ilə başa çatdı. Ermənilərin keçilməz sədd adlandırdıqları Ohanyan xətti ilk dəfə bu döyüşlərdə yarıldı.

Dördgünlük döyüşlərdə ordumuz şimal-şərq cənub-şərq istiqamətindən səddi yarmağı bacardı. Ən uğurlu əməliyyat isə Lələtəpə yüksəkliyinin ələ keçirilməsi idi ki, bu da əsgərlərimizin qanı bahasına başa gəlmişdi. Erməni ordusu darmadağın edilsə ,Aprel döyüşləri Azərbaycana onlarla şəhid qazi, Milli qəhrəmanlar verdi. Məhz bu döyüşlərdən sonra düşmən işğalından azad olunan Cocuq Mərcanlı kəndinə məcburi köçkünlərin qayıdışının ilkin mərhələsinin əsası qoyulmuş oldu. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad edildi. Tarixə Aprel döyüşləri kimi düşən bu qısamüddətli müharibə 2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbənin  ilkin müjdəçisi hesab oluna bilər. Çünki bu döyüşlərdən sonra Azərbaycan xalqının, ordusunun özünə inamı geri qayıtdı hər kəs anladı ki, işğal altında olan torpaqlarımız danışıqlar yolu ilə qaytarılmasa, məsələnin hərbi həlli yolu var 2020-ci ildə Ermənistan başda olmaqla hər kəs bunu başa düşdü. Münaqişənin hərbi variantı ona görə mümkün idi ki, Azərbaycan xalqının Ordumuza bəxş etdiyi qəhrəman övladlar hər zaman torpaqlarımızı müdafiə etmək üçün göz qırpmadan Vətən uğrunda döyüşməyə hazır olublar.

Onlardan biri İkinci Qarabağ müharibəsi qazisi olan, Aprel döyüşlərində MAHHXHQ əsgər  kimi döyüşən  Məmmədli Vətən Mətləb oğludur. 1993- il mayın 1- Ağdam rayonunun Qurdlar kəndində anadan olan Vətən, torpaqlarımızın erməni faşistləri tərəfindən zəbt olunduğu dövrdə dünyaya göz açıb ailəsi ilə birlikdə hər bir Qarabağ sakini kimi doğma el-obasından ayrı düşüb. Ailəsi məcburi köçkün olaraq Bərdə şəhəri 4 nömrəli orta məktəbdə məskunlaşıb.  11 saylı Elgiz Kərimov adına orta məktəbi bitirən Vətən 2011-ci ildə hərbi xidmətə yollanıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında hərbi xidmətini başa vurub.

Hərbiyə olan marağı onu yenidən ordu sıralarına qaytarır. 2014- ildən müddətdən artıq hərbi qulluqçu kimi tank tuşlayıcı operator ordu sıralarında  MAHHXHQ əsgər  olaraq xidmətini davam etdirir. Əsasən Ağdam rayonunun müxtəlif hərbi hissələrində 7 il müddətində çalışıb. Aprel döyüşlərində Ağdamın bütün təmas xətti boyunca Yusifcanlı, Əhmədağalı, Çıraqlı, Başqərbənd kəndlərində qanlı döyüşlərdə iştirak edib. Torpağa olan sevgisi adına yansıyan qəhrəman qazimizin İkinci Qarabağ müharibəsində Ordumuzun Zəfər qazanmasında da böyük payı var. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə başlayan müharibədə Gülüstan, Talış kəndlərində döyüşüb Talış istiqamətində yaralanıb. Göstərdiyi igidlik şücaətə görə Məmmədli Vətən bir çox Fəxri Fərman medallarla təltif olunub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il,  2017-ci ildə "18 OktyabrMüstəqillik Günü" münasibətilə döyüş ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, yüksək mənəvi işgüzar keyfiyyətlərinə hərbi intizamına görə Fəxri fərmanlarla 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif olunub. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.

Musa BAĞIRLI,

"Respublika".