“Zirə” İngiltərə klubu ilə əməkdaşlıq edəcək
İdman

“Zirə” İngiltərə klubu ilə əməkdaşlıq edəcək

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Bakıda İngiltərənin “Hall Siti”, İrlandiyanın “Şelbrun” komandalarının, türk iş adamı Acun Ilıcalı ilə görüşüb.

"Respublika" xəbər verir ki, görüş zamanı qarşılıqlı fikir mübadiləsi, gələcəkdə “Zirə” ilə əməkdaşlıq və ölkəmizdə əyləncə, idman və turizm sahələrinə sərmayələr haqqında müzakirələr aparılıb.

Sonda A. Ilıcalıya “Zirə” PFK-nın 10 nömrəli forması təqdim edilib.