“Neftçi” “Beşiktaş”la yoldaşlıq oyunu keçirə bilər
İdman

“Neftçi” “Beşiktaş”la yoldaşlıq oyunu keçirə bilər

“Neftçi” Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq oyunu keçirə bilər.

"Respublika" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Həsən Arat Türkiyə mətbuatına açıqlamasında deyib.

“Vaxtı çatanda yoldaşlıq görüşü keçirəcəyik. Hadisələrin gedişi onu göstərir. Bilirsiniz ki, “Neftçi”nin də rəngləri ağ-qaradır”, - funksioner bildirib.