Azərbaycanın parataekvondo millisi dünya üçüncüsü olub
İdman

Azərbaycanın parataekvondo millisi dünya üçüncüsü olub

Meksikanın Verakrus ştatında parataekvondo üzrə dünya çempionatı başa çatıb.

"Respublika" xəbər verir ki, yarışda uğurlu çıxış edən Azərbaycan millisi komanda hesabında üçüncü yeri tutub.

Yığmanın heyətində İmaməddin Xəlilov (70 kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Əbülfəz Abuzərli (80 kiloqram) isə yarımfinalda məğlub olaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, dünya çempionatına 3 parataekvondoçu ilə qatılan Azərbaycan yığması yekunda 2 medal əldə edib.