Müdafiə Nazirliyi: Ötən ay 254 hektardan çox ərazi minalardan tam təmizlənib
Digər xəbərlər

Müdafiə Nazirliyi: Ötən ay 254 hektardan çox ərazi minalardan tam təmizlənib

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində bu ilin may ayında 254 hektardan çox ərazi minalardan tam təmizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə indiyədək mühəndis-istehkam bölmələri 37 min 583 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib. Ümumilikdə 10 min 463 piyada əleyhinə, 3 min 318 tank əleyhinə mina və 12 min 814 partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.