Zəngəzur dəhlizi:  inkişaf və əməkdaşlıq layihəsi
Siyasət

Zəngəzur dəhlizi:  inkişaf və əməkdaşlıq layihəsi

Onun perspektivlər vəd edən əhəmiyyətini bütün region dövlətləri qəbul etməlidir

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 2021-ci il oktyabrın 26-da təməlini qoyublar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun Zəngəzur dəhlizi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsinin siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi nəzərdə tutulur.

Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən ölkəmizin əsas ərazisi Naxçıvanla alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan "Naxçıvan tranziti" məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Rusiya Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamətin təklif edilməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətini önə çıxarır. Yeni dəhliz Türkiyə Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxması baxımından da önəmlidir. Belə ki, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrlə yaradılmasında maraqlıdır.

Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətindən ehtiyacını təmin edən Türkiyə, analoji xətti Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində əldə etmək niyyətindədir. Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi ya İstanbul boğazı vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə , yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialına malikdir.

Azərbaycanın regional beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayan Zəngəzur dəhlizinin, eyni zamanda, iqtisadi siyasi əhəmiyyəti böyükdür. Dəhlizin İkinci Qarabağ müharibəsindən sonra əhəmiyyəti daha da artmışdır. Hazırda Azərbaycan Ermənistan arasında bu dəhlizlə bağlı tam şəkildə razılıq əldə edilməyib. Buna səbəb Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsidir. Yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi layihəsinə toxunan dövlət başçısı deyib ki, Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Layihə Azərbaycan tərəfindən irəli sürüləndə bir sıra siyasi, iqtisadi strateji istiqamətlər nəzərə alınıb. Bu dəhliz Azərbaycanın cənub-qərb regionlarını əhatə edəcək. Dəhlizin açılması iqtisadi əlaqələrin inkişafına dəstək xarakteri daşıyır.

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd etmək lazımdır: "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə , istəməsə . Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır olacaqdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb. Amma başda Fransa İran kimi anti-Azərbaycan, antitürk qüvvələr, o cümlədən Cənubi Qafqazda daimi sülhün olmasını istəməyən öz mövcudluqlarını məhz bu şəkildə qoruyub saxlamağa çalışanlar buna mane olurlar. Xüsusən, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı da ləngidir. Belə ki, cənub qonşumuz belə hesab edir ki, guya Azərbaycanın iki hissəsini - Naxçıvan Muxtar Respublikası ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması İranı Ermənistanla ümumi sərhəddən məhrum edə bilər.

Rəsmi Bakı bəyan edir ki, Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Zəngəzur dəhlizi əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir. Ermənistanı Avrasiya ilə əlaqələndirici vasitə kimi nəzərdən keçirən İran regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı güc tətbiq etməklə hədələyir. Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmayacaq. Laçın dəhlizində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra İrəvan Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur olacaq. Belə olan təqdirdə, Ermənistan rəhbərliyi Qərbin təzyiqləri fonunda Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Bundan sonra İranın hər hansı hərbi təzyiq siyasəti fiaskoya uğrayacaq.

M.MUSTAFAYEV,

"Respublika".