Ceyhun Bayramovla Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə son danışıqları müzakirə ediblər
Siyasət

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə son danışıqları müzakirə ediblər

Mayın 5- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.