“Zəngəzur Azərbaycanın Qədim Torpağıdır” adlı kitabın təqdimatı
Sosial həyat

“Zəngəzur Azərbaycanın Qədim Torpağıdır” adlı kitabın təqdimatı

LIBRAFF Park Akademiya Filialında Zəngəzur Azərbaycanın Qədim Torpağıdır adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab müasir Azarbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə ithaf olunub. Nəfis tərtibatda nəşr olunan kitab Almaniyada Verlag “STELLA” Deutschland nəşriyyatında, beynəlxalq qriflə ingilis dilində çap olunub.

Kitabın layihə rəhbəri Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyevadır.

Kitabda Ulu Öndər Heydər Əliyevin “Bundan sonra elə kitablar yaranmalıdır ki, o kitablar Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq” –, fikirləri öz əksini tapıb.

Təqdimat mərasimində deputat Etibar Əliyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək kitab haqqında fikirlərini söyləyib.

“Respublika”.