Yelisey sarayı Cənubi Qafqazda xaos istəyir
Siyasət

Yelisey sarayı Cənubi Qafqazda xaos istəyir

Ermənistan və Fransanın hərbi-texniki əməkdaşlıq haqqında imzaladığı saziş onu göstərir ki, rəsmi Paris yenidən regionda pozuculuq missiyasını davam etdirməyə çalışır. Çünki Fransanın əsas hədəflərindən biri də ondan ibarətdir ki, Ermənistanı itirməsin. Makron hökuməti həm də Cənubi Qafqaz regionunda gərginliyi saxlamaqla burada özünün çirkin iqtisadi-siyasi məqsədlərinə çatmaq üçün səy göstərir. İndiki məqamda bu müqavilənin imzalanması Azərbaycanla sülhdən yayındırmaq üçün Ermənistanı həvəsləndirməkdən ibarətdir.

Aydın məsələdir ki, Yelisey sarayı açıq-aşkar Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bu gün Azərbaycanla Ermənistan arasında sülhün müzakirə edildiyi bir vaxta Fransanın Ermənistana ağır hücum silahları verməsi bölgədə yenidən müharibəyə səbəb ola bilər. Bu da onun əyani sübutudur ki, Paris Cənubi Qafqazda xaos istəyir. Fransa özünün Ermənistana dost kimi yanaşdığını göstərsə də, bu, qətiyyən belə deyil. Əgər belə olsaydı, Fransa Ermənistanı düşdüyü ağır iqtisadi böhrandan xilas etməyə çalışardı. Amma biz görürük ki, Fransa nəinki Ermənistanı sülhə təşviq edir, əksinə, vəziyyəti daha da gərginləşdirməyə çalışır. Fransa qorxur ki, Ermənistan sabah Azərbaycanla sülh müqaviləsi imzalasa, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı istədiyi kimi istifadə edə bilməyəcək. Ona görə də hərbi əməkdaşlıq adı altında onu gücləndirməyə çalışır.

Tural İSMAYILOV,

politoloq.