Yaponiyada güclü qasırğa təhlükəsi yaranıb
Dünya xəbərləri

Yaponiyada güclü qasırğa təhlükəsi yaranıb

Yaponiyanın Cənub regionlarına “Kanun” qasırğası yaxınlaşır. Bu səbəbdən artıq 500-dən çox aviareys ləğv edilib.

"Respublika" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Bildirilib ki, qasırğanın keçdiyi ərazilərdə küləyin sürəti saniyədə 65 metrə çatır.

Bu arada soyuq atmosfer cəbhəsinin Yaponiyaya çatması səbəbindən Tokio leysan yağışları və qasırğanın təsirinə məruz qalıb. Günorta saatlarında paytaxtda havanın hərarəti 33 dərəcədən 28-ə enib. Ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, sutka ərzində paytaxt regionuna 60-100 millimetr yağıntı düşə bilər. Eyni zamanda, çaylarda və göllərdə suyun səviyyəsinin kəskin artması istisna edilmir.

Nəzrin ELDARQIZI,

"Respublika".