Rusiyada sel fəlakətində son vəziyyət açıqlanıb
Dünya xəbərləri

Rusiyada sel fəlakətində son vəziyyət açıqlanıb

Rusiyanın Orenburq vilayətində baş verən sel fəlakətində Orsk şəhərində bəndin partlaması nəticəsində 10 min evi su basıb.

"Respublika" "Hürriyet"-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 6 min 100 nəfər təxliyə edilib. Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkova bölgəyə səfər etməyi və yoxlamalar aparmağı tapşırıb.

Orsk şəhərində 3-ü uşaq olmaqla 9 nəfər xəstəxanaya yerləşdirilib, onların həyati təhlükəsinin olmadığı açıqlanıb. Şəhərdəki 40 məktəbdən 15-i su altında qalıb. Su basmış ərazidə yaşayan insanlar evlərini kanoe ilə tərk etməli olublar.