DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QARA DƏNİZ UĞRUNDA GƏRGİNLİK ARTIR

Qara dəniz heç vaxt NATO dənizinə çevrilməyəcək”. “Teleqraf.comxəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, Qara dəniz akvatoriyası bütün sahilyanı ölkələr üçün əməkdaşlıq qarşılıqlı əlaqə dənizi olaraq qalmalıdır.

Əlbəttə, bu məsələni diqqətdə saxlayırıq. Bəyanatın özü iki ziddiyyətə əsaslanır. NATO demilitarizasiya bir-birini istisna edən anlayışlardır. Qara dəniz heç vaxt NATO dənizi olmayacaq, ümumi dənizdir”, - deyə Dmitri Peskov vurğulayıb.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, akvatoriya Qara dəniz sahilindəki dövlətlər üçün təhlükəsizlik əməkdaşlıq zonasına çevrilməlidir.

Xatırladaq ki, bu ərəfədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Buxarestdə təhlükəsizlik konfransı zamanı Qara dənizin demilitarizasiyası onu NATO dənizinə çevirməyin zəruri olduğunu diqqətə çatdırıb.

 

ABŞ ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB

ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib. “Reportagentliyinin verdiyi xəbərə görə, söhbət Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb. Görüş zamanı Ermənistandakı son iqtisadi hadisələri müzakirə edilib.

Eyni zamanda, Adevale Adeyemo ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərinə diqqət çəkib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq etmişdi. Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək üçün ixrac nəzarətindən yan keçməklə ABŞ istehsalı məhsulların alınması cəhdləri ilə əsaslandırılıb.

 

NORVEÇ RUSİYA SƏFİRLİYİNİN 15 ƏMƏKDAŞINI ÖLKƏDƏN QOVDU

Norveç hökuməti Rusiya səfirliyinin 15 əməkdaşınıpersona non-qrataelan edib. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Onlar diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları üçünpersona non-qrataelan ediliblər”, - deyə xarici işlər naziri Annika Hevittfelt vurğulayıb.

Norveç XİN-in iddiasına görə, Rusiya səfirliyinin 15 əməkdaşı diplomatik pərdə altında krallıq ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirib. Xəbərdə qeyd olunur ki, yaxın vaxtlarda onlar Norveçi tərk etməli olacaqlar.

Eyni zamanda, XİN-in açıqlamasında bildirilir ki, Norveçə gəlmək istəyən Rusiya diplomatlarına viza verilməyəcək, çünki hazırda ölkə üçün ən böyük kəşfiyyat təhlükəsi məhz Rusiyadır.

 

NYU-YORKDA SİÇOVULLARLA MÜBARİZƏ ÜZRƏ DİREKTOR VƏZİFƏSİ YARADILIB

ABŞ-nin Nyu-York şəhərinə siçovullarla mübarizəyə cavabdeh təyin edilib. Bu barədəTRTtelekanalının məlumatında qeyd olunur. Verilən xəbərə görə, Nyu-York meri Erik Adams təhsil departamentinin əməkdaşı Ketlin Korradiyə şəhərdə artan siçovullarlarla mübarizə aparmağı tapşırıb.

Rəsmi vəzifəsinin adışəhər miqyasında gəmiricilərin azaldılması üzrə direktoradlanan vəzifəyə təyinatla bağlı Ketlin Korradi açıqlamasında bildirib: “Məni çox, siçovulları az görəcəksiniz. Çünki şəhərdə yeni bir şerif var”.

Məlumatlara əsasən, son illər Nyu-Yorkda siçovulların sayı kəskin artıb 2 milyona çatıb.

Qeyd edilir ki, Nyu-York meri E.Adams siçovulları “1 nömrəli düşmənadlandırıb.

 

İRANIN TANINMIŞ DİN XADİMİNDƏN ETİRAZ

İran İslam Respublikasının tanınmış din dövlət xadimi Hüseyn Ənsarian ölkə həbsxanalarında məhbusların mənəvi fiziki işgəncələrə məruz qalmasına etiraz edib. “Reportagentliyinin verdiyi xəbərə görə, o, bu barədə çıxışı zamanı bildirib.

Məlumata görə, hakimiyyətə yaxın din xadimlərindən olan Hüseyn Ənsarian çıxışında gözlənilmədən həbsxanalarında məhbuslara verilən işgəncələrə işarə edərək bu cür davranışları tənqid edib.

Din xadimi müxaliflərin ya siyasi məhbusların adlarını çəkmədən İranda onların ruh cisimlərinə verilən zülmləri tənqid edərək deyib: “Bir cinayətkar həbs olunubsa, yalandan sabah səhər edam olunacağını deməyin! Allahın bəndələrini qorxutmayın!”.

Bununla yanaşı, H.Ənsarian çıxışı zamanı İranın təhlükəsizlik qurumlarının əməkdaşlarına da müraciət edib: “Məni həbs edib zindana salsanız, mənə hörmət edin! Tələb olunan həcmdə istədiyim hər şeyi verin! Məni söyməyin, təhqir etməyin, başıma vurmayın! Bütün bunlar Allah tərəfindən qadağan edilib”.

Qeyd edək ki, Hüseyn Ənsarian İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin keçirdiyi tədbirlərdə iştirak çıxış edən rejimin nüfuzlu ruhanilərindəndir. Onun bu çıxışı İran telekanalında canlı yayımlanıb.

 

UKRAYNANIN BAŞ NAZİRİ ABŞ-dan QIRICI TƏYYARƏLƏR İSTƏYİB

Ukraynanın baş naziri Denis Şmıqal ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşündəF-15” F-16” qırıcılarının Ukraynaya çatdırılmasını istəyib. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə  Ukrayna baş naziri mətbuata açıqlamasında bildirib.

Verilən xəbərə görə, Lloyd Ostin ukraynalıların cəsarətinin amerikalıları heyran etdiyini Rusiya-Ukrayna müharibəsi qədər davam etməsindən asılı olmayaraq, ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib.

Baş nazir Denis Şmıqal isə daha çox hərbi dəstəyə ehtiyac duyduqlarını daha az itki ilə sürətli qələbəyə nail olmaq üçün hava hücumundan müdafiə sistemlərinin təmin edilməsinin lazım olduğunu vurğulayıb.

Eyni zamanda, Ukraynanın baş naziri qeyd edib ki, ölkəsinin ağır texnika təyyarələrə ehtiyacı var.

Denis Şmıqal həmçinin Pentaqon rəhbərinəAbramstankları, həmçininBradleyStrykerpiyada döyüş maşınlarını Ukraynaya verdiklərinə görə təşəkkür edib. Sonda baş nazir əlavə edib ki, ABŞ UkraynanıF-15” yaF-16” qırıcı təyyarələri ilə təchiz etməklə liderliyini bir daha nümayiş etdirə bilər.

 

ÇİLİDƏ HƏFTƏLİK İŞ VAXTI 40 SAATA ENDİRİLİR

Çili parlamenti həftəlik vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib. “Trendagentliyinin verdiyi xəbərə görə, qanun layihəsi parlamentdə səs çoxluğu ilə (əleyhinə 14 səs, lehinə 127 səs) qəbul edilib.

Məlumata əsasən, layihənin qarşıdakı 5 il ərzində ölkədə tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilir ki, ölkədə bir çox şirkət bu ilin əvvəlində 2026- ilə qədər 40 saatlıq həftəsinə keçəcəyini açıqlayıb. Kiçik firmalar isə daha çox işçi götürmək üçün kifayət qədər resurslarının olmadığını bildirərək yeni qanunu tənqid ediblər.

Xatırladaq ki, Çili prezidenti Qabriel Boriç parlamentdə baş tutan səsvermədən əvvəl sosial media hesabından paylaşım edərək qanun layihəsinin ölkədə ədalətin daha geniş şəkildə bərqərar olması üçün mühüm addım olduğunu diqqətə çatdırıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.