Fransa hökuməti ictimai nəqliyyatdakı taxta qurdu problemini həll edəcəyini deyib
Dünya xəbərləri

Fransa hökuməti ictimai nəqliyyatdakı taxta qurdu problemini həll edəcəyini deyib

Fransada ictimai nəqliyyat vasitələrində taxta qurdu böcəklərinin olduğunu göstərən video paylaşımların sosial mediada yayılmasından sonra nəqliyyat naziri Klement Beaune vəziyyətlə bağlı tədbir görüləcəyini açıqlayıb.

"Respublika" "TRT Haber"ə istinadən xəbər verir ki, Paris merinin müavini Emmanuel Gregoire dünən baş nazir Elisabeth Borne ünvanladığı məktubda Fransanın 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına hazırlaşdığını xatırladıb və hökumətdən taxta qurdu probleminə qarşı təcili tədbirlər planını aktivləşdirməyi xahiş edib.
Milli Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Fransada hər 10 ailədən 1-də taxta qurdu böcəyi problemi var.

Nurcan SÜLEYMANOVA

"Respublika"