XALQA ARXALANAN TARİXİ ŞƏXSİYYƏT
Siyasət

XALQA ARXALANAN TARİXİ ŞƏXSİYYƏT

Azərbaycan xalqının əbədi yaddaşına həkk olunan tarixinə qızıl hərflərlə yazılan 1993- il 15 İyun - QURTULUŞ GÜNÜ Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında müstəsna xidmətləri kimi qiymətləndirilir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 1993- il 15 iyun əsl qurtuluş günü, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə daim xalqına arxalanan xalqa arxa olan Heydər Əlirza oğlu Əliyevdir.

1991-ci ildə Azərbaycanda olduqca təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi, idarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin Sovet hakimiyyəti illərində qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı. Respublikamızda sabitliyin bərpa olunacağına ümid yox idi. Daha bir addım bəs idi ki, xalq dərin uçuruma yuvarlansın. Baş alıb gedən problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti idi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı.

Ölkəmizin müstəqilliyinin ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı bir vaxtda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız ümummilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə, xalqımızı azad inkişaf yoluna çıxara bilər. Məhz bu baxımdan, xalq özünün sınanmış liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi. Xalqın qəzəbindən qorxan hökumət Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənarda dayana bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bəli, ümummilli lider özünün xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar oldu.

Heydər Əliyev qətiyyətlə bəyan etdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi. Ulu öndərin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi 1994- ildə Bakıda "Əsrin müqaviləsi" kimi irimiqyaslı saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı.

Fenomen şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. "Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu. Erməni təcavüzkarlarının törətdiyi qəddarlığına amansızlığına görə misli görünməyən faciələrin mahiyyəti, zaman-zaman Azərbaycana qarşı törədilən terror aktları, soyqırımı siyasəti dünya ictimaiyyətinə çatdırıldı. Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün səylər göstərildi.

Heydər Əliyev tərəfindən cəmiyyət dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə köklü islahatlar aparılmağa başlandı. Bu islahatların həyata keçirilməsinin əsası 1995-ci il noyabrın 12- ümumxalq səsverməsi ilə qəbul olunan ilk Milli Konstitusiya ilə qoyuldu. Konstitusiya müddəalarının həyata keçirilməsi, demokratik təsisatların qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl keyfiyyətlə aparılması üçün Hüquqi İslahat Komissiyası yaradıldı. Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun məcəllələr qəbul edildi, məhkəmə hüquq-mühafizə orqanlarının funksiya səlahiyyətlərinə yenidən baxıldı.

Heydər Əliyevin şah əsəri əsrlər boyu yaşayacaq möhtəşəm abidədir.

Görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır.

Heyrətamiz yaddaşa ensiklopedik biliyə malik olan Heydər Əliyev ömrünü Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı. Bəli, tarixdə elə insanlar var ki, onların əzəmətini sözlə ifadə etmək mümkün deyil, Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan milli varlığının ən yüksək zirvəsidir. Ulu öndərin siyasətdə, iqtisadiyyatda mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyi üçün açdığı yolla qətiyyətlə addımlayır. Bu gün ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inkişafını davam etdirməkdədir.

Heydər Əliyev epoxası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla soydaşımızı milli məfkurə altında birləşdirdi. Azərbaycan diasporunun yaradılması möhkəmləndirilməsi təmin edildi. Ümumiyyətlə, 1993-2003- illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi uzaqgörənliyi, gərgin zəhməti təşəbbüskarlığı, yaradıcı dühası beynəlxalq nüfuzu olmadan bütün bunları bugünkü nailiyyətləri əldə etmək mümkünsüz idi.

Bu gün ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunu uğurla reallaşdıran ölkə Prezidenti Heydər Əliyevə xas olan möhkəm iradə qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin dərin düşünülmüş, uzaqgörən daxili xarici siyasəti, xalqa olan səmimi məhəbbəti doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin, inkişafımızın bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri müdrik, ümummilli liderimizin qüdrətli qızıl əlləri ilə yazılıb. Bu gün bu güclü strategiya innovativ iqtisadi inkişaf elmi nailiyyətlərə əsaslanaraq, sözün əsl mənasında, Azərbaycanda xarüqələr yaratmış, milli mənafeyə əhalinin rifah halının daha da yüksəlməsinə stimul vermişdir. Bəli, bu gün çiçəklənmiş Azərbaycan davamlı sürətli inkişaf yolunda nurlu sabahlara doğru inamla irəliləyir.

Milli Qurtuluş Günü - Azərbaycanın indiki reallıqlarının xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı, ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmiz sürətli tərəqqi yolu ilə inamla addımlayır. Bu irəliləyişin, bu inkişafın əsası məhz 1993- il iyunun 15- ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtdığı gün qoyulmuşdur. Xalqımız bu Qurtuluş Gününü təntənə ilə qeyd edir.

Zabit XƏLİLOV,

"Respublika".