Vergi ödəyicilərinə Asan İmza sertifikatı verilib
Digər xəbərlər

Vergi ödəyicilərinə Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 246.500 şəxs qəbul edilib və onlara 467.463 sayda xidmət göstərilib, bunlardan 128 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 113 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib. Bu barədə 12 iyun Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilir.

Yanvar-may ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 11,7 mindən çox yazılı müraciət cavablandırılıb, 6,5 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 841 minə yaxın SMS göndərilib. Dövr ərzində 1.625 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 2.038 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Yanvar-may aylarında ümumilikdə 100.260 müraciət üzrə 151.927 Asan İmza sertifikatı verilib. 6,7 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

“Respublika”.