Baş nazir Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub
Digər xəbərlər

Baş nazir Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

İyunun 14- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında Baş nazir Ə.Əsədov C.Yılmazı Türkiyənin vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasında strateji tərəfdaşlıq müttəfiqlik əlaqələrinin prezidentlər İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.

Türkiyə Prezidentinin Azərbaycana son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirilib.