Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi mövzusunda tədbir
Digər xəbərlər

Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi mövzusunda tədbir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı respublikanın bütün şəhər və rayonlarında müvafiq qurumlarla birgə təhsildə, idmanda və rayonun ictimai həyatında fərqlənən gənclərin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda görüşlər keçirilib. 

SHXÇDX-dən verilən məlumata görə, gənclər tərəfindən maraqla qarşılanan tədbirlərdə Azərbaycan gəncliyinin hamisi olmuş ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan gəncləri cəmiyyətimizin aparıcı qüvvəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimiz işğal edilmiş torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq, rəşadət, şücaət nümayiş etdirdilər. Bu gün isə azad olunmuş ərazilərimizin abadlaşdırılması, yenidən qurulmasında fəal iştirak edirlər.

                                                                                               Müşfiq MİRZƏ,

                                                                                               “Respublika”.