İslam baxışında Novruz bayramı
Digər xəbərlər

İslam baxışında Novruz bayramı

İnsan həyatı boyu bir sıra dəyərlərə əhəmiyyət verərək, onların mühüm vazkeçilməz olduğuna inanır. O cümlədən rəhmli, mərhəmətli olmaq, güzəştə gedib bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, qohumlarla əlaqə saxlamaq, torpağı Vətəni sevmək, ümidini itirməmək, birlik həmrəylik nümayiş etdirmək, səbirli olmaq, elm mənəviyyata üz tutmaq, insanların hüquqlarına hörmətlə yanaşmaq sair pak dəyərləri saymaq olar. Bax, elə bu dəyərlərə əsasən xalqımız uzun illərin təcrübəsindən ilham alaraq, bir sıra gözəl adət-ənənələri təbiətdəki yeniliklərlə birləşdirmiş bayram əhvali-ruhiyyəsi yaradaraq ona həyat bəxş etmişdir. Əsl bayram da elə doğruluğun, insanları paklıqla sevindirməyin, təmizkarlığın, qohumlarla əlaqə saxlamağın, küsülülərin barışmağının sair kimi köklü dəyərlərin icra edildiyi günlərdir.

Novruz bayramı da belə dəyərli günlərdən biridir. Novruz bayramı əslində onu qeyd edən xalqların da dostluq, qardaşlıq həmrəylik bayramı sayılır. Belə ki, bu bayram Azərbaycan, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Dağıstan sair ölkələrin xalqları tərəfindən qeyd edilir. Bizim xalqımızın da qiymət verdiyi bu bayram dinimiz tərəfindən təsdiq edilmişdir. Çünki dinimiz daim sözügedən dəyərlərə təkid edib, insanları ona doğru səsləyir.

İslam dini birmənalı olaraq mədəniyyətləri daim zənginləşdirib ülvi çalarlar qatıb. Həzrət Əli (ə) bu haqda buyurur: "Bir ümmətin başçı böyüklərinin əməl etdikləri, camaat arasında ülfət ünsiyyət yaranmasına səbəb olmuş xalqın işlərini sahmana salmış gözəl adət qaydanı pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran üsulları icra etmə. Çünki belə etsən, bil ki, xeyir əldə etməyəcəksən. Savab mükafat həmin gözəl adət qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır".

Ümumiyyətlə, dinimizin başqa mədəniyyətlərlə dialoqu yıxıcı deyil. Əslində, mahiyyətində sevgi paklıq olan bir dinin digər mədəniyyətlərə qarşı aqressiv olması qeyri-mümkündür. İslam dini müəyyən mədəniyyətlərin insanlığa, mənəviyyata zidd olan bəzi xüsusiyyətlərini, adətlərini təmizləyib. Hazırda mövcud olan radikal fikirlər dinə aid deyil, şəxslərin qənaətidir. Bəzən tarixi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoymaq ya dini, ya da ki, tarixi dəyərlərimizi düzgün anlamamaqdan irəli gəlir. Bəzi insanlar qədim tarixi kökə malik hər varsa, onu inkar etməyə meyillidir. Unudurlar ki, İslam dininin müxtəlif millətlər tərəfindən qəbul edilməsinin bir sirri onun humanist ideyaları, mədəniyyətlər mübadiləsini mənimsəmə qüdrəti tolerantlığıdır. Dinimiz mədəniyyətləri sıradan çıxarmaq yönümlü deyil, onları zənginləşdirmək hədəflidir. Buna görə tam yəqinliklə deyə bilərik ki, Novruz bayramının müsəlmanlar tərəfindən qeyd edilməsi gözəl adət-ənənələrimizdən biri olaraq dinimizlə heç bir ziddiyyət təşkil etmir.

Novruz sözü "yeni gün" deməkdir təbiətin oyanması, canlanması ilə əlaqədar bir gündür. Xalq bayramıdır, əkinçilərin bayramıdır. Tarix etibarilə Novruz atəşpərəstlik ya zərdüştilik dinindən daha qədim sayılır. Hansısa bir din şəriətdən yaranmamışdır.

Maraqlıdır ki, dini mənbələrimizdə

Novruzun bəşəri bir bayram olması vurğulanır. Novruz günündə Hz. Cəfər Sadiqin hüzuruna gələn Müəlla ibn Xənisə xitabən buyurur: "Bilirsənmi bu gün gündür? And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var mən onu sənə izah edirəm ki, biləsən... Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə vəlilərinə iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür... Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim günlərdəndir".

Əslən Kabuldan olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban Həzrət Əliyə (ə) Novruz bayramı günü hədiyyə gətirir. Həzrət soruşur: Bu nədir? Deyir: "Ey Əmir-əl-möminin! Bu gün Novruzdur". Həzrət buyurur: "Hər günümüzü Novruza çevirin".

Deməli, Hz. Əli (ə) Novruz bayramını inkar etməmiş, onun gözəl adət-ənənələrini nəzərə alaraq bir növ təsdiqləmişdir. Başqa mənbələrə əsasən görürük ki, ona zərdüştlər Novruz bayramında hədiyyə gətirirdilər o, bunu təbii qəbul edir, hədiyyələri digər müsəlmanlar arasında bölürdü. Hətta bunun müqabilində, onları cizyə (vergi) verməkdən azad edirdi.

Hz. Cəfər Sadiqdən (ə) soruşurlar: "Böyük bir əkinçilik sahəsində işləyirik. Novruz bayramında işçilər bu münasibətlə hədiyyə gətirirlər, qəbul edəkmi? Buyurur: Hədiyyə gətirənlər müsəlmandırmı? Cavab verir: Bəli. Həzrət buyurur: "Onların hədiyyələrini qəbul edin müqabilində hədiyyə verin".

Göründüyü kimi, Hz. Cəfər Sadiq qeyd olunan rəvayətdə müsəlmanların bu bayramı keçirməsinə belə etiraz etmir. Hətta bunun üçün bir sıra tövsiyələr verir: "Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını geyin, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir həmin gün oruc tut".

Qeyd edək ki, müsəlman alimləri tarix boyu öz əsərlərində Novruz bayramının müstəhəb əməlləri barədə geniş məlumat vermişlər.

Əfzələddin RƏHİMLİ,

ilahiyyat üzrə fəlsəfə doktoru.