SOCAR-ın prezidenti “AD Ports Group” şirkətinin nümayəndə heyəti ilə görüşüb
İqtisadiyyat

SOCAR-ın prezidenti “AD Ports Group” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub, xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

“Respublika”.