Avro-2024: İspaniya millisi Albaniyaya, İtaliya Xorvatiyaya qarşı
İdman

Avro-2024: İspaniya millisi Albaniyaya, İtaliya Xorvatiyaya qarşı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda bu gün mübarizəyə yekun vurulacaq.

"Respublika" xəbər verir ki, sonuncu - III turda İspaniya millisi Albaniya ilə, İtaliya yığması isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrup liderliyini və 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edən ispaniyalılar üçün bugünkü qarşılaşma formal xarakter daşıyır. İtaliyalılar isə pley-offa qrup ikincisi kimi adlamaq üçün Xorvatiyaya uduzmamalıdır.

Avro-2024

B qrupu, III tur

24 iyun

23:00. Albaniya - İspaniya

23:00. Xorvatiya - İtaliya

Xal durumu: İspaniya - 6, İtaliya - 3, Albaniya - 1, Xorvatiya – 1.