ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ÜÇÜN ƏYLƏNCƏLİ KONSERT PROQRAMI
Region

ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ÜÇÜN ƏYLƏNCƏLİ KONSERT PROQRAMI

Praqmatik dövlət başçısı, möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində, Naftalan məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənmiş və müasir yeni müalicə-istirahət mərkəzləri istifadəyə verilmişdir. Məhz, bu baxımdan sözün əsl mənasında, son illər bu sağlamlıq ocaqları öz əvvəlki şöhrətini qaytarmış, dünyavi turizm-müalicə məkanına çevrilmişdir. Hər il  minlərlə insanlar xarici ölkələrdən və öz vətənimizdən  burada şəfalarını taparaq, sağlam əhval ruhiyyə ilə   öz diyarlarına dönürlər.  44 günlük Vətən müharibəsində Şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının sağlamlığın bərpası üçün məhz bu müalicə məkanlarında geniş imkanlar yaradılmışdır.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və “Gold Naftalan” Müalicə Mərkəzinin dəstəyi ilə şəhid, qazi ailələri  və onların övladlarının iştirak ilə  növbəti  əyləncəli konsert təşkil olunmuşdur. Konsert proqramında şəhid və qazi övladları tanınmış ulduzlarla bərabər əyləniblər. Balaca fidanların sevinclərinin həddi-hüdudu yox idi. Konsert proqramına Naftalanda digər müalicə mərkəzlərində yerləşmiş şəhid ailələri də dəvət olunmuşlar.    

Zabit XƏLİLOV,

“Respublika”.