Rodos adasında meşə yanğını səbəbindən 19 minə yaxın insan təxliyə edilib
Dünya xəbərləri

Rodos adasında meşə yanğını səbəbindən 19 minə yaxın insan təxliyə edilib

Yunanıstanın Rodos adasından meşə yanğınları səbəbindən 19 minə yaxın insan təxliyə edilib. 

"Respublika" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, 12 kənddə və bir sıra mehmanxanalarda yaşayan 16 min nəfər adadan hava yolu, daha 3 min nəfər isə dəniz yolu ilə çıxarılıb. Yunanıstan hökumətinın açıqlamasına görə, bu, ölkə tarixində ən böyük təxliyə əməliyyatıdır. 

Meşə yanğınları ilə 266 yanğınsöndürən və 49 ədəd xüsusi texnika mübarizə aparır. Onlara havadan on təyyarə - yeddi yunan, iki türk və bir xorvat təyyarəsi kömək edir. 

Rodos adasında və Yunanıstanın digər bölgələrində baş verən miqyaslı təbiət yanğınlarına son günlər ölkədə hökm sürən anomal isti dalğasının səbəb olduğu bildirilir.