“Real Madrid” klublararası dünya çempionatından imtina edir
İdman

“Real Madrid” klublararası dünya çempionatından imtina edir

İspaniyanın “Real Madrid” komandası klublararası dünya çempionatında iştirak etməyəcək.

"Respublika" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti İtaliya mətbuatına müsahibəsində deyib. O bildirib ki, “kral klubu” ilə yanaşı, digər komandalar da bu yarışdan imtina edəcək: "Real Madrid”in bu turnirdəki bir matçı 20 milyon avro dəyərindədir. FIFA isə kuboku qazanacaq komandaya cəmi 20 milyon mükafat verir. Bu da xoş deyil”.

Qeyd edək ki, bu il klublararası dünya çempionatı dekabr ayında keçiriləcək. Turnirin son qalibi finalda Braziliya təmsilçisi “Fluminense”yə 4:0 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” komandası olub.