Polşadan Almaniyaya tullantılarla bağlı şikayət
Dünya xəbərləri

Polşadan Almaniyaya tullantılarla bağlı şikayət

Polşa ölkəyə qeyri-qanuni tullantıların gətirilməsinə görə Avropa İttifaqı məhkəməsinə Almaniyadan şikayət edib. 

"Respublika" xəbər verir ki, bu barədə İqlim və Ətraf Mühit Nazirliyinin rəhbəri Anna Moskva bildirib.

Nazirin sözlərinə görə, Varşavanın başqa seçimi qalmayıb. O qeyd edib ki, Polşa dəfələrlə qərbli tərəfdaşının diqqətini bu problemə yönəldib, Polşa torpaqlarındakı qeyri-qanuni alman zibillərinin yığışdırılmasına çağırıb. 

Nəzrin ELDARQIZI,

"Respublika".