Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 467 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 467 doza vaksin vurulub

Martın 31- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 467 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 373, ikinci doza vaksinlərin sayı 21, üç daha çox doza vaksinlərin sayı 57, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 954 min 700, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 406 min 735, ikinci mərhələ üzrə 4 milyon 880 min 26, üç daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 999, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 940-dır.                                     

 

Martın 31- Azərbaycanda COVID-19 infeksiyasına 64 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 724 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 156 nəfər müalicə olunaraq sağalıb, 10 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 386 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 792, indiyə qədər isə ümumilikdə 7 milyon 558 min 593 test icra olunub.