Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyodan
Məktublar

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz dostumuz.

Nikaraqua hökuməti və xalqı adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirik.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan dövləti və xalqı dünyada mövcud olan çağırışların dialoq və konsensus yolu ilə həllinə bundan sonra da öz töhfəsini verəcəkdir.

Bizi tarixən birləşdirən dostluğumuzu, elm, sosial, mədəniyyət, siyasət sahələrində əməkdaşlığımızı, həmrəyliyimizi möhkəmləndirməyi davam etdirməyə ümidvarıq. Sizi bir daha qələbəniz münasibətilə təbrik edir, dövlətinizə və xalqınıza səmimi arzularımızı çatdırırıq.

Hörmətlə,

Daniel Orteqa SAAVEDRA,

Nikaraqua Respublikasının Prezidenti,

Rosario MURİYO,

Nikaraqua Respublikasının vitse-prezidenti.