MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan
Məktublar

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbrikimizi qəbul edin.

Dərin biliyiniz və yüksək peşəkarlığınız Sizə öz dövlətinizin maraqlarını müdafiə etmək, açıq siyasi dialoq aparmaq imkanı verir. Sizin ardıcıl fəaliyyətiniz, sözsüz ki, respublikanın sosial-iqtisadi inkişafına və onun Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxşaxəli əməkdaşlığın möhkəmlənməsindəki ənənəvi fəal iştirakına kömək edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, firavanlıq və Azərbaycan xalqının rifahı naminə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

Aydın CƏFƏROV,

MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini –

Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası

Assambleyasında səlahiyyətli nümayəndəsi.