Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb
Mədəniyyət

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qəbul imtahanına başlanılıb.
20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi paytaxt üzrə Bakı Xoreoqrafiya Akademiyasında təşkil olunur.
İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edəcəklər.
Bu mərhələdə ümumilikdə 16 mindən çox namizəd bilik və qabiliyyətini nümayiş etdirəcək. 

"Respublika".