Mərkəzi Seçki Komissiyasının sədri 31 saylı seçki məntəqəsində səs verib
Gündəm

Mərkəzi Seçki Komissiyasının sədri 31 saylı seçki məntəqəsində səs verib

Fevralın 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində 1317 seçici qeydiyyatdadır. Məntəqədə seçicilərin fəallığı müşahidə edilib. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilib.