Məhsuldarlıq yaxşıdır
İQTİSADİYYAT

Məhsuldarlıq yaxşıdır

Respublikamızda öz bərəkətli torpaqları ilə fərqlənən bölgələrimizdən biri Saatlı rayonudur. Rayonun təsərrüfatlarında taxılçılığa xüsusi yer ayrılır. Payızlıq əkinlər mövsümündə Saatlı rayonunda 19801 hektar sahədə taxıl əkilmişdi. Əkin sahələrinin 14873 hektarı buğda, 4928 hektarı arpa sahələri idi. Taxıl biçini vaxtında, itkisiz başa çatdırılmışdır.

Fermerlər rayonda taxıl üzrə hər hektardan 37,7 sentner məhsuldarlıq əldə etmişlər ki, bu da yaxşı göstərici hesab olunur. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün "Aqroservis" ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edildi. Biçin prosesində 44 kombayn iştirak etmişdir. Bunlardan 22 kombayn "Aqroservis" ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, "Aqroservis" tərəfindən digər rayon bölmələrindən Saatlıya 6 əlavə kombayn gətirildi. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərə məxsus 16 özəl kombayn da cəlb olundu.

Tofiq HÜSEYN,

"Respublika".