Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib
İQTİSADİYYAT

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib

Energetika Nazirliyi Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, bu gün nazirlikdən “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Müdafiə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib.

İclasda  Komissiyanın əvvəlki iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş nəticələr barədə hesabat dinlənilib, bərpa olunan enerji mənbələri ərazilərinin müəyyənləşdirilməsi, müvafiq torpaq sahələrinin ayrılması, seçilmiş günəş və külək potensiallı ərazilərlə bağlı aparılan təhlillər, “Qaradağ” GES-in tikintisi ilə bağlı torpaq icarə müqavilələrinin imzalanması, dənizdə külək enerjisi layihələri üçün Xəzər dənizində ayrılması nəzərdə tutulan su sahələrinin razılaşdırılması, eləcə də yaşıl enerjinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası, şəbəkənin gücləndirilməsi və digər araşdırmalar barədə məlumatlar diqqətə çatdırılıb.

Sonra bərpa olunan enerji mənbələrindən istifadə edilməklə hidrogen istehsalı ilə əlaqədar həyata keçirilən araşdırmaların gedişi barədə təqdimat dinlənilib.