Korporativ sosial məsuliyyətyönümlü addım
Sosial həyat

Korporativ sosial məsuliyyətyönümlü addım

Yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərməklə əsas hədəflərindən biri də əhalinin maarifləndirilməsi üçün ötən günlərdə daha bir korporativ sosial məsuliyyətyönümlü addıma imza atdı.

"Atəşgah" Sığorta Şirkətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə əməkdaşlıq çərçivəsində "Xaliq Faiqoğlu" MMC-nin ictimai nəqliyyat sürücülərinə "İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması" layihəsi üzrə təlim keçmişdir. Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə hazırlanmış təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha güvənli səyahətini təmin etmək, sürücüləri əlillik vəziyyətləri ilə bağlı məlumatlandırmaq, praktiki məşqlərlə onları daha da maarifləndirməkdir.

Qeyd edək ki, əlilliyi olan insanlar da təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşmüş, öz tövsiyə və rəylərini paylaşmışlar. Təlim iştirakçıları bu tip maarifləndirici tədbirlərin cəmiyyət üçün faydalı olduğunu və daha geniş ictimaiyyət üçün həyata keçirilməsini tövsiyə etmişlər.

Bəybala BƏYBALAYEV,

"Respublika".