KƏNDLƏRƏ İÇMƏLİ SU XƏTTİ ÇƏKİLİR
Sosial həyat

KƏNDLƏRƏ İÇMƏLİ SU XƏTTİ ÇƏKİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Ağstafa rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Köhnəqışlaq, Tatlı Yaradullu kəndlərini əhatə edir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Köhnəqışlaq kəndinin su təchizatı mövcud bulaqdan, Tatlı Yaradullu kəndləri isə yeni qazılacaq subartezian quyularından veriləcək. Layihə çərçivəsində nasos stansiyaları su anbarları, əhalinin ümumi istifadəsi üçün bulaqların inşası nəzərdə tutulub. Hazırda 5,9 kilometr magistral 38 km şəbəkə su xətlərinin tikintisi yekunlaşmaq üzrədir, nasos stansiyaları anbarların tikintisi isə davam etdirilir. Ağstafa rayonunun 3 kəndində əhalinin ümumi istifadəsi üçün 256 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti-quraşdırma işlərinin 2023- ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Ağstafa rayonunun 3 kəndində 4 min nəfərədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Ağstafa rayonu ilə yanaşı, hazırda Qazax, Tovuz Neftçala rayonlarının da kənd qəsəbələrində içməli su layihələri həyata keçirilir.

"Respublika".