Jan-Viktor Kastor: Hazırda Fransadakı qarşıdurmalar Makronun siyasəti nəticəsində yaranıb
Digər xəbərlər

Jan-Viktor Kastor: Hazırda Fransadakı qarşıdurmalar Makronun siyasəti nəticəsində yaranıb

Hazırda Fransada olan qarşıdurmalar Emmanuel Makronun siyasəti nəticəsində yaranıb. Azad şəkildə sözünü demək istəyən insanlara güc tətbiq edilir və onlar susdurulur.

AZƏRTAC xəbər verir ki, bunu mətbuat konfransında Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor deyib.

O qeyd edib ki, dövlətə edilən müraciətlər gərginliklə qəbul olunur. Gənclərin öldürülməsi, polis zorakılığı, haqsız yerə həbsləri buna nümunə göstərmək olar.