Fransa ölkələrarası bəyannamələrə hörmət etmir
Digər xəbərlər

Fransa ölkələrarası bəyannamələrə hörmət etmir

Azərbaycan gündən-günə güclənənmüasir texnologiyalarla öz təbii sərvətlərini dünyaya ixrac edən yeganə ölkələrdəndir. Təmkinlə atdığı addımlar onun nüfuzunun güclənməsinə müsbət təsir göstərir. Avropa Şurasının neft-qaz sahəsində Azərbaycanı etibarlı tərəfdaş kimi göstərməsi bəzi ölkələrdə qısqanclıq yaradır. Bu baxımdan Fransa istər dolayısı, istərsə birbaşa ölkəmizə qarşı təxribatlar törətməkdən çəkinmir. "Bacısı" ilə birgə ölkəmizin beynəlxalq arenada etibarını azaltmağa çalışır.

2022-ci  il Fransanın bu rəftarına əsasən uzun illər davam edən son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob islamofob fəaliyyətinə, beynəlxalq hüquq normalarına prinsiplərinə hörmətsizlik nümayiş etdirməsinə, Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə qarşı qərəzli ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Milli Məclis bəyannamə qəbul edib. Orada qeyd olunub ki, Fransanın bu münasibəti 1993- il dekabrın 20- Azərbaycanla imzalanmış "Dostluq, qarşılıqlı anlaşma əməkdaşlıq haqqında" müqaviləni pozur. Həmin müqavilənin 2-ci bəndində bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün öz səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında birləşdirəcəklərinə dair öhdəlik götürmüşlər. Həmçinin orada Fransa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət ifadə edir. Lakin bəyannamənin bu bəndləri söz olaraq qalıb. Fransa uzaq məsafədən bölgədə gedən proseslərə müdaxilə etməyə çalışır. Hazırda gündəmdə olan məsələ isə Hayastanla sülh müqaviləsinin imzalanmasıdır. Fransanın anti-Azərbaycan hərəkətləri davam etdirdiyi təqdirdə  Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində iştirakına imkan verilməməsi, Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması ilə bağlı Milli Məclisin 2022-ci il 15 noyabr tarixli qətnaməsində bildirilib. Qeyd edək ki, 2022-ci ildə Fransa senatı Azərbaycana qarşı çıxışlar edib. Bu nöqteyi-nəzərdən Azərbaycan Ermənistan arasındakı normallaşma prosesinə Fransanın bu rəftarı zərbə vururƏlbəttə, Fransanın məqsədi "bacısının" yanında olmaq yox, regionda özünə yer etməkdir.

Fransanın iki dövlət arasında bağlanan "Dostluq, qarşılıqlı anlaşma əməkdaşlıq haqqında" müqaviləni heçə sayması əlbəttə ki, qəbuledilməzdir. Milli Məclisin qəbul etdiyi bəyannamənin mürəkkəbi qurumadan Fransa hakimiyyəti onun siyasi elitasının səsləndirdiyi anti-Azərbaycan şüarları da ermənipərəst mövqeyin təzahürüdür. Lakin Fransa unudur ki, Azərbaycan hakimiyyəti öz uğurlu  siyasəti nəticəsində 44 günlük müharibədən qalib çıxdı. Bu gün danışıqlar sülh yolunda Azərbaycan öz gücü sayəsində qalibiyyət əldə edəcək. Azərbaycan suveren ölkədir onun apardığı siyasətə, atdığı addımlara müdaxilə etmək qeyri-qanunidir. Lakin bir sıra təşkilat dövlətlər bu yollara əl atmaqdan çəkinmir. Bu ilin yanvar ayında Avropa Parlamentinin yaydığı qərəzli əsassız anti-Azərbaycan fikirləri həmin məqsədə xidmət edir. Parlament açıqlayıb ki, Azərbaycan tərəfi guya Hayastana hərbi təcavüz göstərib Laçın yolu "blokadaya" salınıb. Təəssüf kiAvropa Parlamenti kimi qurumların bu kimi çıxışları onların ermənipərəst, qeyri-ciddi olduqlarından xəbər verir. Əlbəttə, Parlamentin ortaya çıxan rüşvət skandalı da bu təşkilatın əsl üzünü ortaya çıxardı. Bu da onu deməyə əsas verir ki, Avropa Parlamenti erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar. Danılmaz faktdır ki, hər hansı bir təşkilat ya dövlət Azərbaycanın gücünə mövqeyinə xələl gətirə bilməz

Töhfə SƏMƏDOVA,

"Respublika".