Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı və Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydan
Məktublar

Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı və Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Finlandiya Azərbaycanlıları Assosiasiyası və Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyəti adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Ötən 20 il ərzində Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirərək yürütdüyünüz müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycan bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilib.

Sizin Ali Baş Komandanlığınızla şanlı Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə isə 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində qazandığı möhtəşəm qələbələrlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Siz son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən müzəffər sərkərdə oldunuz.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə də təbrik edirik. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirik. Biz Sizin inamlı qələbənizə inanırıq.

Dərin hörmətlə,

Vasif MURADLI,

Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri,

Arzu OQTAY,

Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri.