Ermənistanın təxribatları sülh müqaviləsi ilə bağlı danışıqlara kölgə salır
Digər xəbərlər

Ermənistanın təxribatları sülh müqaviləsi ilə bağlı danışıqlara kölgə salır

44 günlük Vətən müharibəsindən sonra Ermənistan sərhəd xətti boyunca mütəmadi olaraq müxtəlif təxribatlara əl ataraq regional sabitliyə kölgə salırHayların bu əməlləri kövrək olan əlaqələrin məhv olmasına gətirib çıxara bilər. Bütün bunlar onu deməyə əsas verir ki, düşmən ölkə törətdiyi təxribatlarla bir növ "sülh istəmirik" mesajı verir.

Azərbaycan Ermənistan rəsmilərinin bir müddət əvvəlki açıqlamaları sülh müqaviləsinin imzalanması üçün çox yaxşı imkan şəraitin yarandığını göstərirdi. Bununla yanaşı, iki ölkənin qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüklərini tanıması sülh prosesinin gedişatında önəmli addım olaraq dəyərləndirilirdi. Lakin keçirilən ikitərəfli dördtərəfli görüşlərdə sülhə maraqlı olduğunu bildirən Ermənistan tərəfi həmişəki kimi öz xislətinə sadiq qalaraq müxtəlif təxribatlarla buna qarşı olduğunu bir növ bəyan edirAzərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz nitqində regionda sülhün formalaşması, əməkdaşlığın yaradılması istiqamətində bir sıra vacib məqamlara toxunmuş, qarşı tərəfə bir sıra çıxış yolları göstərmişdir. Dövlət başçımız siyasi dialoqun formalaşması, iqtisadi rifahın inkişaf etdirilməsi, regionda daimi sülhün bərqərar olması barədə mühüm fikirlər irəli sürür, sülh müqaviləsinin imzalanması üçün önəmli addımlar atır. Azərbaycan hər zaman olduğu kimi, sülh təşəbbüslərinin həyata keçirilməsinə çalışır, Ermənistandan fərqli olaraq hüquqi-siyasi müstəvidə öz fəaliyyətini daha da genişləndirir.

Son dövrlərdə təxribatlarını intensivləşdirən Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən ruhlandırılması, regional təhdid kimi ona himayədarlıq edilməsi Cənubi Qafqazdakı vəziyyəti daha da kəskinləşdirir. Xatırladaq ki, martın 25- Müdafiə Nazirliyi tərəfindən Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi bildirilmişdi. Daşımaları xüsusilə gecə vaxtı dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirən haylar bunun Azərbaycan Ordusunun diqqətindən yayınacağını düşünmüşdülər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində qarşısı alınan bu çirkin əməl beynəlxalq hüququn müəyyən müddəaları çərçivəsində diqqətə alınmalı Ermənistana qarşı ictimai fikir formalaşdırılmalı idi. Əfsuslar olsun ki, bunun tam əksini görürük. Ermənistan tərəfi bu kimi aktlarını gün keçdikcə daha da intensivləşdirir, iki dövləti sülhdən olduqca uzaqlaşdırır. Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınması onu göstərir ki, bu terror dövləti heç vaxt xislətindən əl çəkən deyil. Çünki döyüş meydanında məğlub olan kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi bu alçaldıcı məğlubiyyətlə barışmaq istəmir. Qeyd edək ki, martın əvvəlində baş verən lokal toqquşmalar, daha sonra Zəngilanda hərbçimizin yaralanması, alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat canlı qüvvənin daşınmasının davam etdirilməsi növbəti erməni təxribatının təzahürüdür.

İyunun 1- qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə təmir-bərpa işləri görməyə cəhd edərək öz xain əməllərini növbəti dəfə nümayiş etdirmiş oldular. Bununla yanaşı, iyunun 4- Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş aparması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması Ermənistanın sülhə maraqlı olmadığını göstərir.

Xain düşmən yaxşı anlamalıdır ki, təxribatlarından əl çəkməsə, bu dəfə Dəmir yumruğun şiddəti ilə Ermənistan tarixin qaranlıq səhifələrinə qərq olacaqBuna görə Ermənistan bu təxribatları ilə düşdüyü çətin vəziyyəti daha da ağırlaşdırmaq yerinə, çirkin əməllərindən əl çəkməli regional stabilliyin təmin edilməsi üçün çalışmalıdır.

 

Nurlan ABDALOV,

"Respublika".