XİN Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb
Digər xəbərlər

XİN Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Məlum olduğu kimi, üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.

Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə 2023- il aprelin 22- Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb 3 hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 azərbaycanlı mina qurbanı olub.

Bununla yanaşı, aprelin 22- Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin hərbi avtomobillər konvoyunun üçtərəfli Bəyanata beynəlxalq hüququn norma prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib.

Qeyd edilən təhdidlər təxribatlar nəzərə alınaraq Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir.

Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana Azərbaycana şəffaf nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

Azərbaycan tərəfi Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.