Ermənistanda əsir saxlanılan hərbi qulluqçuların azadlıqdan məhrum edilməsi beynəlxalq hüquq normalarına ziddir
MÜSAHİBƏLƏR

Ermənistanda əsir saxlanılan hərbi qulluqçuların azadlıqdan məhrum edilməsi beynəlxalq hüquq normalarına ziddir

Ermənistanda əsir saxlanılan Azərbaycan Respublikasının hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun azadlıqdan mərhum edilməsi qərarına qəti etirazımızı bildirmişik və hesab edirik ki, bu məhkəmənin keçirilməsi və hökmün çıxarılmasının özü beynəlxalq hüquq normalarına ziddir, qeyri-qanunidir.

Bunu İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyeva jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bununla bağlı Ombudsman Aparatı olaraq öz qəti mövqelərini daimi olaraq xarici tərəfdaşlarına çatdırmaqda davam edirlər.