Digər xəbərlər

"Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri" mövzusunda tədbir

Milli dövlətçiliyimizin memarı qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023- il "Heydər Əliyev İli" çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu münasibətlə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində "Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri" mövzusunda tədbir Ümummilli Liderin çoxşaxəli fəaliyyətinə dair kitab sərgisi keçirilib. Sərgidə dahi şəxsiyyətin həyat fəaliyyətinə dair yerli xarici müəlliflərin qiymətli vəsaitləri nümayiş etdirilib.

Tədbiri açan ədliyyə nazirinin müavini Eldar Nuriyev xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin hüquqi islahatların həyata keçirilməsində misilsiz xidmətləri barədə geniş məlumat verib. Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbulu, hüquq sisteminin mahiyyətini müəyyən edən qanun normativ aktların hazırlanması, eyni zamanda, insan hüquqlarının müdafiəsinə etibarlı təminat verən müstəqil məhkəmə sisteminin fəaliyyətə başlaması qeyd edilib.

Bununla yanaşı hüquq-mühafizə orqanlarında da mütərəqqi islahatların aparıldığı, onların fəaliyyətinin demokratik dəyərlərə uyğun qurulduğu, insan haqlarının müdafiəsinə dair mühüm normativ aktların qəbul olunduğu bildirilib.

Mərkəzin rəis əvəzi Rahim Rəhimov tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsində cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin yaranması tarixindən bəhs edərək müasir ekspertizanın formalaşmasında Ulu Öndərin rolu barədə məlumat verib.

Eyni zamanda, Mərkəzin rəis müavini Hüseyn Əlixanov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız dövlətimiz qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyası ilə bağlı çıxış edib.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyi xüsusi vurğulanıb. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb.

Sonda Ümummilli Liderin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

 

Ülvi QARAYEV,

Respublika”.