Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib
Digər xəbərlər

Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Müstəqillik Günü Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bolqarıstan Respublikasının paytaxtı Sofiyada rəsmi qəbul keçirilib. Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkil etdiyi qəbulda, həmçinin fotosərgi açılıb bədii proqram təqdim olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bolqarıstanın iqtisadiyyat sənaye naziri, energetika naziri, bir sıra nazir müavinləri rəhbər şəxsləri, dövlət qurumlarının rəhbərləri, Bolqarıstan Prezidenti Administrasiyasının rəhbər şəxsləri, Xalq Məclisinin üzvləri, dini konfessiyaların rəhbərləri, tanınmış elm mədəniyyət xadimləri, yerli diplomatik nümayəndəliklərin rəhbərləri Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir Azərbaycanın Bolqarıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov qəbulda çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, onun mürəkkəb ictimai-siyasi dövrə baxmayaraq, qısa müddətdə demokratik dövlət quruculuğu, insan hüquqlarının təmini beynəlxalq səviyyədə tanınması istiqamətlərində qazandığı nailiyyətlər barədə məlumat verib. Müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətin hüquqi varisi olduğunu qeyd edən diplomat bildirib ki, 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyinin qorunub saxlanması dönməzliyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çıxışda Ulu Öndərin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir dinamik inkişaf edən güclü dövlətə çevrildiyi qeyd olunub. Habelə dahi şəxsiyyətin müəllifi olduğu enerji strategiyasının Azərbaycanın çiçəklənən respublikaya çevrilməsinə, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb. Eləcə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinə xüsusi diqqət yetirilib. Səfir Qərb Şərq mədəniyyətlərinin kəsişməsində yerləşən, füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, qonaqpərvər əhalisi ilə tanınan Azərbaycanın etnik-dini müxtəlifliyi zəngin tolerantlıq ənənələri ilə bütün dünya üçün nümunə olduğunu qeyd edib.

Bolqarıstanın iqtisadiyyat sənaye naziri Nikola Stoyanov çıxışında Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin xalqlarımız arasında qədim mehriban əlaqələr üzərində qurulduğunu, dünyada yaşanmaqda olan böhranlara baxmayaraq, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdiyini bildirib. Nazir iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 330 faiz artmasını əlaqələrimizin inkişafının göstəricisi olduğunu vurğulayıb.

Sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.

Tədbir konsert proqramı ilə davam edib.