Çin dronların ixracını məhdudlaşdırıb
Dünya xəbərləri

Çin dronların ixracını məhdudlaşdırıb

Çin milli təhlükəsizlik və maraqları qorumaq üçün dron və dron avadanlıqlarına ixrac nəzarəti tətbiq edəcək.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, avadanlıqlara qoyulan məhdudiyyətlər satıcılardan müəyyən dron mühərrikləri, lazerlər, təsvirlər, rabitə və radar qurğuları və dron əleyhinə sistemləri ixrac etmək üçün icazə almağı tələb edəcək.

Müəyyən spesifikasiyalara malik istehlakçı dərəcəli dronlar da sentyabrın 1-dən qüvvəyə minən nəzarətə tabedir. Nazirlik sözçüsü bildirib ki, nəzarətə daxil olmayan bütün mülki dronların hərbi məqsədlər üçün ixracı qadağan olunub. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.