ABŞ-da atışma: Bir neçə nəfər ölüb, onlarla insan yaralanıb
Dünya xəbərləri

ABŞ-da atışma: Bir neçə nəfər ölüb, onlarla insan yaralanıb

İyulun 2-də səhər saatlarında ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma baş verib, bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Hadisə yerinə polis gəlib. Hələlik baş verənlərlə bağlı təfərrüatlar yoxdur.

Niderlandın “BNO News” xəbər agentliyinin məlumatına görə, 4 nəfər ölüb, 25 nəfər yaralanıb.