Aİ İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib
Dünya xəbərləri

Aİ İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib

Avropa İttifaqı (Aİ) İsrailə hücum etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Yaxın Şərq məsələsi ilə bağlı yekun bəyanat Aİ-nin beynəlxalq münasibətlər üzrə sammitinin sessiyasında müzakirə olunub.

Bəyanatda İranın İsrailə hücumunun Aİ liderləri tərəfindən yekdilliklə qınandığı və İrana qarşı sanksiyaların genişləndirilməsinə qərar verdikləri bildirilir.

Sammitin ilk gününün sessiyaları başa çatdıqdan sonra mətbuata açıqlama verən Aİ Şurasının sədri Şarl Mişel sanksiyaların məzmunu barədə məlumat verməyib.

Musa BAĞIRLI,

“Respublika”.