Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda, Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.