Digər xəbərlər

"AzerGold" QSC Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirib

Aprelin 28- "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

"Təhlükəsiz sağlam şəraiti yerində əsas prinsip işçilərin hüququdur" mövzusunda keçirilən tədbirdə "AzerGold" QSC ilə yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyəti, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri QSC-nin ÇİRES- çalışan podratçı şirkətlərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov Səhmdar Cəmiyyət tərəfindən əməyin mühafizəsi, işçilərin sağlam təhlükəsiz əmək şəraiti ilə təmin olunması, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, yerlərində, xüsusilə istehsalat müəssisələrində reallaşdırılan profilaktik preventiv tədbirlər nəticəsində "AzerGold" QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması əməyin təhlükəsizliyinin qorunmasına nail olunub. Bununla Səhmdar Cəmiyyətdə xəsarətsiz ötüşən saatlarının miqdarı 4 milyon saata yaxınlaşıb ki, bu da dağ-mədən sahəsində fəaliyyət göstərən şirkət üçün yüksək göstərici hesab edilir.

Tədbir çərçivəsində qonaqlar ÇİRES-in fəaliyyəti ilə tanış olub, müəssisədə yaradılan əlverişli əmək şəraiti, sağlamlıq, əməyin təhlükəsizliyi ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Xatırladaq ki, Ümumdünya Əməyin Mühafizəsi Günü BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003- ildə təsis edilib. Əməyin mühafizəsi ilə bağlı təsis edilən bu xüsusi gün hər il Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə layiqli əmək təminatı, işçilər üçün təhlükəsiz sağlam əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə mütərəqqi beynəlxalq norma standartlar əsasında qəbul edilmiş milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində "AzerGold" QSC-nin müəssisə törəmə şirkətlərində sistemli fəaliyyət aparılır, işçilərin əmək hüquqları, əməyin təhlükəsizliyi sahəsində davamlı maarifləndirilməsi təmin edilir.

Ülvi QARAYEV,

Respublika”.