Azərbaycanla Pakistan arasında bütün məsələlərdə qarşılıqlı anlaşma mövcuddur
Siyasət

Azərbaycanla Pakistan arasında bütün məsələlərdə qarşılıqlı anlaşma mövcuddur

Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyan ilk dövlətlər sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə yaradılıb, 1993- il martın 12- isə Pakistanın Azərbaycanda səfirliyi açılıb. Hər iki dövlət beynəlxalq münasibətlərdə bir-birini dəstəkləyir.

Regionda nüfuz sahibi olan dost dövlətləri birləşdirən dəyərlərdən biri ikisinin müsəlman ölkəsi olmasıdır. İki dost ölkə müdafiə, enerji, infrastruktur layihələrinin icrası, səhiyyə, əczaçılıq digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar xeyriyyə xarakterli layihələr ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev 1993- ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra ölkəmizin xarici siyasətində Pakistanla dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15- mətbuata bəyanatlarla çıxış ediblər.

 Azərbaycan Pakistan münasibətləri təhsil, müdafiə digər sahələrdə günü-gündən güclənməkdədir. Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, azərbaycanlılar da Pakistanda təhsil alır. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Bütün sahələrdə iki ölkə arasında əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli formatda keçirilən görüşlərdə bir çox məsələlərdə Azərbaycan Pakistanın mövqeyi üst-üstə düşür. Bu gün Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə digər dünya dövlətləri ilə qurduğu yüksək dostluq əlaqələri ölkə başçısı İlham Əliyevin apardığı uzaqgörən, balanslı daxili xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə mətbuata verdiyi açıqlamada bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb: "Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri xalqları daha da yaxınlaşdırır".

Azərbaycan Pakistan iqtisadi əməkdaşlıqlarını genişləndirmək üçün çalışırlar. Elə görüşdə enerji, kənd təsərrüfatı, əczaçılıq müdafiə kimi sektorlarda ticarətin, investisiyaların təşviqi birgə müəssisələrin yaradılması üçün müqavilələr imzalanıb. Bu iqtisadi əlaqələr ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan Pakistan müdafiə sektorunda, o cümlədən hərbi təlim, birgə təlimlər müdafiə avadanlığı mübadiləsi sahəsində əməkdaşlıq edirlər. Hər iki ölkə təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edir əməkdaşlıq yolu ilə müdafiə potensiallarını gücləndirməyə çalışırlar.

Azərbaycan Pakistan arasında turizm, tələbə mübadiləsi mədəni tədbirlər daxil olmaqla insanlar arasında da təmasların artması müşahidə olunur. Bu əlaqələr qarşılıqlı anlaşmanın möhkəmlənməsinə iki millət arasında əlaqələrin möhkəmlənməsinə kömək edir.

Prezident İlham Əliyevlə Baş nazir Şahbaz Şərifin görüşü Azərbaycan ilə Pakistan arasında əlaqələrin qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinin göstəricisidir. Azərbaycan-Pakistan münasibətləri həmişə yüksək səviyyədə olub olacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".