Azərbaycanın U-21 yığması Bolqarıstanla qarşılaşacaq
İdman

Azərbaycanın U-21 yığması Bolqarıstanla qarşılaşacaq

Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək.

"Respublika" xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.

“Liv Bona Dea Arena”da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.