Azərbaycan və İranın XİN başçıları ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər
Siyasət

Azərbaycan və İranın XİN başçıları ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər

Aprelin 14- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı, nazirlər Azərbaycan İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər, eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.