Azərbaycan I Liqasında ötən mövsümün tamaşaçı sayı açıqlanıb
İdman

Azərbaycan I Liqasında ötən mövsümün tamaşaçı sayı açıqlanıb

I Liqada 2023-2024-cü illər mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.

Yevlax şəhəri ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.